Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YETİM-YESİR

top. dan. 1. Atasız-anasız uşaqlar, yetimlər. [Məşədi Cəfər:] Məndən sonra bir bölük yetim-yesir qalacaq. Ə.Haqverdiyev.
2. məc. Yoxsullar, məzlumlar, evsiz-eşiksizlər. Amma bunu da biliniz, ey mollalar ki günlər dolanar, ..zəmanə təzələnər və axırda yetim-yesir və keçəl-küçəl qardaşlarım dostu ilə düşməni tanıyıb haman yoğun dəyənəkləri sizin əlinizdən alar.. C.Məmmədquluzadə. Külək əsir, şaxta kəsir; Nalə çəkir yetim-yesir. S.Rüstəm. Murad camaat içində açıq-açığına danışırdı ki, “Şura hökuməti hamıya əl-qol verib, dil-ağız verib, kasıb-kusub, yetim-yesir adam olub, adam içinə çıxır...” . İ.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....