Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YETİM
sif. 1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız. - Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət. // Is. mənasında. Yetimə cancan deyən çox olar, çörək verən az. (Ata. sözü). Yetim malına göz dikdiyin nədir daim; Həlal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Bu gün isə Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. □ Atadan (anadan) yetim - atası (anası) ölmüş. Bu iki uşaq atadan yetim idi.. və ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov.
2. məc. Fağır, yazıq, aciz, zavallı, miskin mənasında. [Əsgər:] Bircə deyin görüm, mən yetimin təqsiri nədir? N.Vəzirov. Bu gün görürdüm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki,.. məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. C.Məmmədquluzadə. İndi bəlkə mən yetimin də günü ağardı, - deyə, Səməd pıçıldadı. İ.Hüseynov.
□□ Yetim segah - Azərbaycan muğamlarından birinin adı. Fışqırıq çala-çala, dodaqaltı yetim segah oxuya-oxuya malı sahmanladı. Mir Cəlal. Yetimlər eviköhn. - bax yetimxana.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....