Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YERLİ
sif 1. Başqa yerdən gəlmə deyil, həmin yerdən olan, bu yerin əhalisindən olan. Yerli əhali. Yerli camaat. Bizim yerli deyil.
// İs. mənasında. Yerlilər və gəlmələr. Yerlilərə məxsus adət və ənənələr. Buranın yerliləri əkinçidir. - [Südabənin anası:] Südabə Həkimülmülkün qızı deyil. Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. M.İbrahimov.
Müəyyən yerə (şəhərə, ölkəyə və s.-yə) aid olan. Yerli adətlər. Yerli ləhcə. Yerli cins mal-qara. // Gətirilmə olmayan, həmin yerdə olan və ya hazırlanan. Yerli mallar. Yerli yanacaq. Yerli xammal. // Mərkəzi olmayan, ümumdövlət mahiyyəti daşımayan, yalnız müəyyən bir ərazi daxilində qüvvəsi, əhəmiyyəti olan. Yerli təşkilatlar. Yerli büdcə. Yerli qəzet. Ümumi olmayan, bir şeyin yalnız bir hissəsinə, bir cəhətinə təsir edən. Yerli iltihab. Yerli keyləşdirmə. Şəraitə tam uyğun olaraq edilən, məqamında, yerində olan; haqlı. Yerli söz. Yerli göstəriş. - Babacanın məzəmməti bir az yerli və haqlı olduğundan Qumru pozuldu. Ə.Əbülhəsən. □ Yerli-yerində - 1) hər şey və ya hər kəs öz yerində, qaydasında, tərtib və nizamla. Hər şey yerli-yerindədir. Sinifdə şagirdlər yerli-yerindədir; 2) bütün təfsilatı ilə, müfəssəl surətdə; 3) lazım gəldiyi yerdə, hər yerdə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....