Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YERİMƏK
f 1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq. İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. - Yeriyən at özünə qamçı vurdurmaz. (Ata. sözü). Bir qoca köhnə paltar əynində; Yeriyir yolda torba çiynində. A.Səhhət. [Məhəmmədhəsən əmi] yovuqa yeriyib başladı yumşaqlıqnan oğlunu sakit eləməyə. C.Məmmədquluzadə. // Hərəkət etməyə, gəzməyə iqtidarı olmaq. Uşaq hələ yerimir. Xəstə indi-indi yeriməyə başlamışdır.
Hərəkət etmək (getmək, üzmək). Maşın ağır yeriyir. Dənizdə qayıqlar yeriyir. - Maşın yenicə yeriməyə hazırlaşırdı ki, Tapdıq qırğı kimi şığıyıb maşını götürdü. Ə.Vəliyev. // İşləmək. Saat yerimir. Üzərinə getmək, hücum etmək, axın etmək. Ordu qərbə yeridi.
Keçmək, qəbul olunmaq, yayılmaq. Bu işlər bizim vilayətdə yeriməz, vəssalam! C.Məmmədquluzadə.
Bir şeyin içinə batmaq, keçmək, girmək. Buğa güc gələndə oğlanın ayağı topuğuna qədər torpağa yeridi. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....