Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YERBƏYER
zərf 1. Hər biri öz yerində; qaydada, müntəzəm. Məclis əhli yerbəyer əyləşdilər. “Aşıq Ələsgər” . [İlyas:] ..O kişilərdən gələn kağızları yerbəyer saxlasın. S.Rəhimov. □ Yerbəyer etmək (eləmək) - 1) hər şeyi öz yerinə qoymaq, nizam və səliqə ilə yığmaq, yerləşdirmək, qayda ilə qoymaq. Sona ev işinə məşğul idi və Bahadır öz şeylərini yerbəyer edirdi. N.Nərimanov. Osman dükanı üçün gətirdiyi malları yerbəyer etməklə məşğul idi. M.Hüseyn. [Əlləzoğlu] süfrədə hər şeyi yerbəyer elədi, qara kirli əlləri ilə şişləri bir-bir qamarlayıb kababı iri, çökək bir nimçəyə çəkdi. İ.Hüseynov; 2) rahatlamaq, yerləşdirmək. Qərəz, oğlan atı yerbəyer eləyəndən sonra yuxarı çıxdı. (Nağıl). Gecə gəlib səni yerbəyer edərəm. M.S.Ordubadi. Hamını yerbəyer eləyəndən sonra, müəllim gülə-gülə uşaqlara dedi.. Mir Cəlal. Yerbəyer olmaq qayda ilə yerini tutmaq, yerləşmək, hərə öz yerini tutmaq.
2. Hər yerdən, hərə bir tərəfdən, hərə öz yerindən. Həsrətindən əlif qəddim büküldü; Cismim bəndi yerbəyerdən söküldü. M.V.Vidadi. Qızlar gülüşərək yerbəyerdən qışqırışdılar. Ə Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....