Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YENİLİK
is. 1. İstifadədə olmamış, hələ işlənməmiş şeyin hal və keyfiyyəti; təzəlik. Paltarın yeniliyi. Maşınların yeniliyi. // Yeni şeyin hal və keyfiyyəti. Fikrin yeniliyi. Mövzunun yeniliyi. Yeni xəbər və əhvalat; dəyişiklik. Elə bir yenilik yoxdur. Yenilikdən xəbərin varmı? Sənə bir yenilik deyəcəyəm. Yeni bir şey, keçmişdə olmamış, təzə meydana gəlmiş şey. Elm və texnika yenilikləri. Yenilik gətirmək. - Təbriz qadınları bu yeniliyi sevirdi, çünki onlar bütün ömürlərində ancaq məscidləri, qəbiristanları, ziyarətgahları və ümumi hamamları görmüşdü. M.S.Ordubadi. [Qorxmaz] əlini ölçə-ölçə demişdi:
On ilin ərzində kənddəki yenilik tək bir məktəb binasından ibarətdir. Ə.Vəliyev. // Yeni qayda, yeni üsul, yeni adət, yeni tətbiqə başlayan hər şey.
4. Dəyişiklik. Vəziyyətdə heç bir yenilik yoxdur.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....