Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YELİN
is. Məməli heyvanlarda süd yığılan (süd vəziləri və məmələri yerləşən) orqan. Bu inəyin yelinində süd çoxdur. - Salxımsalxım olacaqdır ağ üzümü tənəklərin; Yelinləri dolacaqdır yenə sağmal inəklərin. S. Vurğun. Yelini südlə dolu qoyunlar ağıllardakı quzuların mələşməsini eşitdikcə daha yanıqlı bir səslə onlara hay verərək, yatağa çatmağa tələsirdi. M.İbrahimov. □ Yelin salmaq yelini böyümək (doğmağa bir neçə gün qalmış heyvanın). Boz inək yelin salıb. Qızıl (qırmızı) yelin - boğaz inək. [Qədim:] Xırda, bir sən o qırmızı yelini görürsənmi? S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....