Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YEKSAN
sif. [fars.] klas. Düz, bərabər, tən. Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır. A.Səhhət.
□□ Yer (torpaq, xak) ilə yeksan etmək büsbütün dağıtmaq, yerlə bir eləmək. Mən sülhə səs verirəm; Qədim abidələri; Yerlə yeksan etməsin; Toplar bir an içində. H.Hüseynzadə. Yer (torpaq, xak) ilə yeksan olmaq tamamilə yıxılıb dağılmaq, yerlə bir olmaq. Bir deyən olmadı, ey xanəxərab; Məmləkət xak ilə yeksan oldu. M.Ə.Sabir; // məhv olmaq. Vallah, elə bəd dua elərəm ki, yerlə yeksan olarsan! C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla