Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YEKNƏSƏQ
sif. [fars.] 1. Eyni ilə birbirinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng. ..İçəridən [Mehribanın] yeknəsəq və zil səsi eşidildikdə Zeynalın sanki vücudunu titrətdi. S.Hüseyn. Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeknəsəq libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir. M.S.Ordubadi.
2. məc. Usandırıcı, darıxdırıcı, bıqdırıcı, cansıxıcı. Yeknəsəq iş. - Kompressor stansiyasından gələn yeknəsəq gurultunun arası kəsilmirdi. M.Hüseyn. O, çayxananın yeknəsəq, sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla