Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAZIQ1
sif Dinc, sakit, fağır, aciz. Yazıq adam. - Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər. Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı.. A.Səhhət. Vəzirovyenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn. // İs. mənasında. [Əkinçi] Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani. Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa. H.K.Sanılı. // Acınacaqlı, zavallı, bədbəxt. Etmək olmaz səni agah könül halından; Yazıq ol kim, sənə könlün verə səndən qafil. Füzuli. [Tanrıverdi:] Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, - dedi. A.Şaiq. [Musa kişi:] Arvad, .. bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar. M.İbrahimov. □ Yazığı gəlmək - rəhmi gəlmək, mərhəmət etmək, halına acımaq, heyfi gəlmək. Mənim ona yazığım gəlir. - ..Balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan.. S.S.Axundov. // İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir. Ay yazıq! - [Bəhram:] Bax, mənə nə deyir, yazıq! Sən nə ətsən, nə də balıq. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....