Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YAYMAQ

f . 1. Bir şeylə yastıladaraq nazik qat halına salmaq, uzatmaq, açmaq, böyütmək. Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi. Ə.Vəliyev.
Ətrafa səpələmək, dağıtmaq, tək-tək, sərbəst otlamağa buraxmaq. Sürünü otlağa yaymaq. - [Kərim baba:] Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yayıb bir daş üstündə uzanmışdım. A.Şaiq.
Hamıya bildirmək, hamının bilməsinə səbəb (vasitə) olmaq. Söz yaymaq. Şayiə yaymaq. Xəbər yaymaq. - [Zeynal:] [İncə] onabuna xəbər yayıb. C.Cabbarlı. [Ağarza:] Pis olmaz ki, şikayətlərinizi üzümüzə deyəsiniz. Biz də nöqsanımızı bilək, .. nəinki dalda danışmaq, söz yaymaq, filan. Mir Cəlal. □ Xalqa (camaata) yaymaq - hamıya bildirmək, hamıya tanıtmaq, hamıya xəbər vermək. Molla Cümə sənin vəsfin deyibdi; Götürübən əziz xalqa yayıbdı. Molla Cümə. Təbliğat məqsədi ilə paylamaq, intişar etmək, dağıtmaq. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. M.S.Ordubadi. ..Firidungil ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar. M.İbrahimov.
Başqalarına öyrətmək məqsədi ilə intişar etdirmək. Qabaqcılların təcrübəsini geniş yaymaq.
Öz təsirini (səsini, iyini və s.) ətrafda hiss etdirmək (eşitdirmək), ətrafa saçmaq, ətrafı doldurmaq. Çiçəklər ətrini ətrafa yayırdı. - Küləklər yayırdı geniş düzlərə; Muğan qızlarının şərqilərini. S.Vurğun. Yavaş-yavaş çıxmaqda olan Ay öz.. işığını ətrafa yayırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....