Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAYLAQ
is. Sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeri. Yaylaq havası. Yaylaqda istirahət etmək. Yaylağa köçmək. - inək, camış, qoyun, quzu; Çıxar naxırda otlağa; Köçər arandan el, gedər; Yavaş-yavaşca yaylağa. A.Səhhət. Qaldı Qızdırmalı. Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə. Ehtiyat xala .. səfalı yaylaq şəhərində yaşayırdı. Mir Cəlal. // Yayda qoyun və malqara sürülərinin saxlandığı yer (qışlaq müqabili). // Ümumiyyətlə, sərin və səfalı yer.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....