Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAYINDIRMAQ
f . 1. Fikrini, diqqətini,
nəzərini bir şeydən uzaqlaşdırmaq, kənara, başqa tərəfə cəlb etmək (adətən isimlərlə birlikdə işlənir). Nəzərini yayındırmaq. Fikrini yayındırmaq. - ..Gözlərimi Şumşadxanımın üzündən bir an belə yayındırmazdım. M.S.Ordubadi. Yanında bulunan qadınlar [Gülzarı] yayındırmaq və əyləndirmək üçün qrammofon oxudurlardı. T.Ş.Simurq.
2. Xəbəri olmadan, hiss etdirmədən oğurlatmaq; gizlətmək, itirtmək. [Qədim:] Balam, sənin atan qulplu qazanları dirigözlü yayındırmazdı? S.Rəhimov. // Qaçırtmaq; qaçmasına, əkilməsinə imkan yaratmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....