Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YATAQ1
is. 1. Yatmaq üçün yorğan-döşək salınmış yer, yorğan-döşək; ümumiyyətlə, yatmaq üçün yer. Yataqdan qalxmaq. Yatağına girib yatdı. - Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli. Dustaqlar daş kimi bərk və quru yataqlarında uzanmışdılar. A.Şaiq. Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn. Məsum kişi.. havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal. □ Yataq otağı - yatmaq üçün ayrılmış otaq. O heç bir söz demədən yataq otağına keçdi, ..çarpayıya sərildi və o dəqiqə ağır bir yuxuya getdi. M.Hüseyn. Səməd pilləkəni qalxıb dəhlizdən keçəndə açıq qapıdan yataq otağına nəzər saldı. I.Hüseynov. Yatağa düşmək - ağır xəstələnmək, yorğandöşəyə düşmək. Bir kəndli naxoşlayaraq yatağa düşübmüş... M.Ibrahimov. Anam düşdü yatağa; Döndü solğun yarpağa. S.Rüstəm. Yataqda olmaq - bax yatağa düşmək. Neçə gündür yataqdadır. Yataqdan qalxmaq (durmaq) - sağalmaq, xəstəlikdən durmaq. // Məc. mənada. Günəş yatağına doğru endi.
məc. Bir şeyin çox olduğu yer; yığmaq, yuva. Sökülmüş köysümü kim, doludur qəmzən xəyalilə; Həramilər yatağı mənzili-viranə bənzətdim. Füzuli. Şəhri-füzəla, diyari-irfan; Mömin yatağı, qədim Şirvan. M.Ə.Sabir.
Payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer. Mal-qaranı çıxardırlar yataqdan; Azan səsi eşidilir uzaqdan. A.Səhhət. Qoyun yatağı qamışlığın dalında, çölün ortasında, açıq havada salınmışdı. M.Ibrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....