İzahlı lüğət

YAŞMAQ

is. 1. Müsəlman qadınlarının yad kişilərdən yaşınmaq üçün üzlərinin adətən gözdən aşağı hissəsini örtdükləri örtü. Sal ağızdan yaşmaq, şəkkər dəhanın; Şirin-şirin danışmağı görünsün. Q.Zakir. Çəkibən yaşmağı, üzünü örtmə; Sinəmin üstünə dağ qoyan dilbər! Molla Cümə. [Mələk] məni görüncə dönüb, yaşmağı ağzına çəkib qönçə dəhanın gizlətdi. A.Divanbəyoğlu. □ Yaşmaq tutmaq (vurmaq) - üzünün alt hissəsini yaşmaqla örtmək. Mən yad bir kişi xeylağı olduğuma görə, [Nisə xala] şalın ucunu boynundan dolayıb, ağzına yaşmaq vurmuşdu. Qantəmir. Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi. Ə.Əbülhəsən. // məc. Ümumiyyətlə, örtü, pərdə mənasında. Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi. S.Rəhimov.
xüs. Qapı taylarından birinə və qapı çərçivəsinin alt hissəsinə vurulan nazik uzun taxta parçası.
məc. Toyuğun cəhənglərində olan tüklər.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed