Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAŞLI1
sif. Yaşa dolmuş; sinli, ahıl. Yaşlı adam. Yaşlı qadın. // İs. mənasında. Qoymayın, ay köhnələr, ay yaşlılar; Heyvərələr hər yerə dırmaşdılar! M.Ə.Sabir. // Cavan olmayan. [İsrafil] yaşlı və təcrübəli minicilərlə at qoşaşdırmağı belə bacarırdı. M.Hüseyn. // ...yaşında olan; yaşı ... olan. Qırx-qırx beş yaşlı bir kişi. - [Zeynalın] qarşısına on biron iki yaşlı qara bir qız çıxdı. S.Hüseyn. Otuz üç yaşlı Veys birinci dəfə olaraq böyük peşmanlıqla öz-özünü danlayırdı. Ə.Əbülhəsən. // ...illik, ömrü ... il olan. Çəpər salmaq üçün 1-2 yaşlı şitillərdən istifadə edilir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla