Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAŞAMAQ
f . 1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. Babası hələ də yaşayır.
[Sərvər:] Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. U.Hacıbəyov. // İs. mənasında. Həyat, dirilik. ..Tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abguştu yeyib yatasan. C.Məmmədquluzadə. Zəfər! Zəfər! Məncə, bu söz yaşamağın mənasıdır; Tarix deyir ölməmişdir, ölməyəcək qəhrəmanlar. S.Vurğun. Bu dünyada yaşamaqdan şirin bir şey ola bilməz. S.Rəhimov.
Ömür sürmək, həyat keçirmək. Mirzə Qədir bir kübar həyatı yaşayırdı. S.Hüseyn. Piri kişi Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl edirdi. S.S.Axundov. // Həyatdan, onun zövq və səfasından faydalanmaq. Əzizim, yaşamaq lazımdır!
Davam etmək, mövcud olmaq, var olmaq. Köhnə adətlərin qalıqları hələ də yaşayır. - Biz [kəndlilər və fəhlələr] əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz. S.S.Axundov.
Bu və ya başqa tərzdə həyat sürmək, dolanmaq, keçinmək, güzəran etmək. Varlı yaşamaq. Kasıb yaşamaq. Pis yaşamaq. Tək yaşamaq. - Axı bilmirik hara gedəcəyik, necə yaşayacağıq. M.Hüseyn. // Həyatı, diriliyi, dolanışı üçün vasitə olmaq. Maaşla yaşamaq. Atasının hesabına yaşamaq. Təqaüdlə yaşamaq.
Bir yerin sakini olmaq, daim və ya müvəqqəti bir yerdə həyat sürmək. Şəhərdə yaşamaq. Kənddə yaşamaq. Harada yaşamağı məlum deyil. Təzə evdə yaşamaq. Ümumi yataqxanada yaşamaq. Hansı küçədə yaşayırsınız?
Ata-oğul Çənlibeldə yurd saldılar, yaşamağa başladılar. “Koroğlu” . [Orxan:] Yaşar dağlar başında qartal kimi; Qoşar səhralarda bir maral kimi. H.Cavid. Çoxdan bəri yaşadığı balaca daxmanın qarşısındakı hündür yerdə dayanıb şəhərə baxırdı. M.Hüseyn. // Heyvanlar, quşlar haqqında. Balıq suda yaşayır. Dəvəquşu Afrikada yaşayır.
Bir yerdə həyat keçirmək, bərabər ömür sürmək. Elə adamla yaşamaq çətindir. - [Mirzağa] ata və anası ilə bir evdə yaşayır, onlarla bərabər yatıb-dururdu. S.Hüseyn. // Aralarında ər-arvadlıq münasibəti olmaq. O, arvadı ilə daha yaşamır. - Beləliklə, [Murad] sevə bilmədiyi bir qadınla yaşamaq məcburiyyətində idi. S.Hüseyn.
Aralarında qeyri-qanuni, intim əlaqə olmaq.
Bir şeyin aludəsi olmaq, bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək. Gələcək ümidi ilə yaşamaq. Yoldaşının xatirəsi ilə yaşamaq. O, ancaq elmlə yaşayır. - Sizinlə yaşayır qəlbim indidən; Bizim də başqa bir baharımız var. S.Vurğun. Qəhrəman məktəb üçün düşünür, çalışır, onunla yaşayırdı. S.Rəhimov.
Əmr formasında: yaşa! - müvəffəqiyyət, uğur arzusu bildirən, yaxud mərhəba! afərin! var ol! mənasında nida.
Əmr formasında: yaşasın! tənt. - var olsun! Yaşasın bütün dünyada sülh! Yaşasın Vətənimiz!
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....