Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YASLANMAQ

f 1. Yayılmaq, sərilmək. Bir gün yeməkdən sonra qoltuqlu sandalyaya yaslanaraq qəzet oxuyarkən Hacı Yunisin xidmətçisi yemək otağına girdi. A.Şaiq. Yaslanıb samanın üstünə cansız; Yatır qaqqıltısız, ahsız, amansız. S.Vurğun.
2. Söykənmək, dayanmaq, sığınmaq. Gəl, qəhrəman bala, gəl, körpə aslan; Eşqinlə döyünən sinəmə yaslan. S.Rüstəm. Onlar da aşiqdi, heyrandı sənə; Yaslanmaq istərdi mavi köksünə. R.Rza. Kiçik evlər.. dikdirə yaslanıb sakit-sakit dururdu. Ə Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....