Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
YARI
is. Tən bölünmüş iki hissədən biri. Eyni yarısı. Almanın yarısı. Kitabın yarısını oxudum. Ömrünün yarısını səhayətdə keçirmişdir. - [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı... C.Məmmədquluzadə. Bəxtiyar yerə səpdiyi toxumun yalnız yarısını əldə edə bilmişdi. S.Hüseyn. □ Yarı cam qalmamaq həddindən artıq arıqlamaq, üzülmək, zəifləmək. Rəngi saralıb, qalmayıb əsla yarı canı; Bir gülməz oğul, vay! M.Ə.Sabir. Yarı cam... yanında qalmaq - birinin nigarançılığını çəkmək, biri üçün çox həyəcan və iztirab keçirmək. Ananın yarı canı balanın yanında qaldı. Ə.Vəliyev. Yarı gecə - gecə yarısı, yaxud ümumiyyətlə çox gec. Yarı gecə evə qayıtdıq. Yarı olmaq - 1) yarısı qurtarmaq, işlənib, xərclənib, sərf edilib yarısı qalmaq. Yağ yarı olubdur; 2) məc. şərik olmaq. Mənimlə qəmlərə yarı olarsız; Gözəlliyin intizarı olarsız. Aşıq Şəmşir. Yarı yolda qalmaq (dayanmaq) - səfəri başa çatdıra bilməmək, nəzərdə tutduğu yerə gedib çata bilməmək. Ac atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. “Koroğlu” . Yarı yoldan qayıtmaq nəzərdə tutulan işi tamamlamamaq, başa çatdırmamaq, yarımçıq qoymaq. Yarı yoldan qayıtmamaq üçün bir çarə tapdılar. Mir Cəlal. [Zahidoğlu:] Bu dəfə öldü var, döndü yoxdur, heç bir zaman yarı yoldan qayıtdı yoxdur! S.Rəhimov.
yarı... - mürəkkəb sözlərin, “tam, tamamilə deyil, qismən, yarımçıq” mənasında olan birinci tərkib hissəsi; məs.: yapıqapalı, yarıaçıq, yarıaralı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....