Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YARA
is. 1. Bədən, yaxud onun daxili orqanları toxumalarının hər hansı bir silah və ya başqa iti, bərk şeylə zədələnməsi və bu zədənin yeri. Güllə yarası. Xəncər yarası. Yarasını sarımaq. Yaradan qan axır. - Qılınc yarası sağalar, dil yarası sağalmaz. (Ata. sözü). Hənifə arvadla Gülgəz Səmədin dizinin tikanlarını çıxardıb yarasını sarımışlar. İ.Hüseynov. □ Yara almaq - yaralanmaq. Yara vurmaq - 1) yaralamaq; 2) məc. qəlbini incitmək, qəlbə toxunan söz demək, tənə vurmaq. Yarası tərsləşmək - yarası şiddət etmək, sağalmamaq. // Hər nə şəkildə olursa olsun, bədənin bir yerində əmələ gəlmiş zədə; xora. Əlləri yara içindədir. Yara yeri. Bədənini yara basmış.
məc. Dərd, iztirab, ruhi sarsıntı, ürək acısı. Ürək yarası. - [Rəsul:] Sənəm yarım mərhəm eylər yaraya; Şəhri-Tiflis dedikləri budumu? “Aşıq Qərib” . [Xədicə:] Nə vaxt mənim ürəyimin yarası sağalacaqdır? N.Nərimanov. Qəlbinin vardı dərin bir yarası; Gecə-gündüz su deyib inlərdi. M.Müşfıq.
məc. Cəmiyyətdə olan mənfi hadisələr haqqında. Yazıçı öz əsərində köhnə cəmiyyətin yaralarını açıb göstərmişdir. // məc. Vurulan ziyan, zərər, təxribat haqqında.
□□ Yara bağlamaq məc. - imdada çatmaq, kömək etmək, yardıma qoşmaq. Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. H.Cavid. Yarasına toxunmaq - birinin gizli dərdi haqqında danışmaq, zəif yerinə toxunmaq. Qoca bu cavabdan çobanın yarasına toxunmuş olduğunu bildi. M.Rzaquluzadə. Yarasını təzələmək - birinin dərdini yadına salıb pərişan etmək, dərdini təzələmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....