Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YAPIŞMAQ

f . 1. Toxunduğu şeyə ilişib ayrılmamaq, yaxud zorla qopacaq bir surətdə bitişmək; sıvaşmaq. Kitabın səhifələri birbirinə yapışmışdır. Ayaqqabılarıma qəliz palçıq yapışıb. - ..[Qurban] ayaqlarına buz kimi yapışan yırtıq çustunun çamırını təmizləyətəmizləyə: - Molla, mənə bir məktub yaz! dedi. A.Şaiq.
Bir-birinə təmas edəcək dərəcədə yaxın olmaq, tamamilə yanaşmaq; çatmaq. Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib gözəl surətdə qulaqlarına yapışmışdır. Çəmənzəminli. // Bir-birindən qopmamaq, ayrılmamaq. Susuzluqdan dodaqları bir-birinə yapışmışdı. Tutmaq, bərk-bərk tutmaq, qarmalamaq. Əlindən yapışmaq. Qolundan yapışmaq. - ..Birə beş bir-birinə söyəndən sonra bellərə yapışdılar. N.Nərimanov. Kərbəlayı Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə. Mühəndis isə, yəhər əyilməsin deyə, üzəngidən yapışmışdı. M.İbrahimov. // Tutub qaldırmaq; qaldırmaq (çəkmək, dartmaq) üçün əli ilə tutmaq. [Qurban:] Di gəl, bu şələyə yapış, qoy dalıma. Ə.Haqverdiyev. inəkləri sağıb üçqulplu qazanı doldurduq, hərəmiz bir qulpundan yapışıb qazanları ocağın qırağına gətirdik. A.Divanbəyoğlu. // Dişlərini keçirmək, dişləri ilə tutub buraxmamaq. it baldırımdan yapışdı.
Məşğul olmaq, başlamaq, girişmək, şüru etmək. Bir sənətdən yapışmaq. Bir işdən yapışmaq. - [Kərbəlayı Zalın] arvadı hərdənbir deyirdi: - A kişi sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Ə.Haqverdiyev. [Məşədi Əsgərin] bu vasitə ilə hərçənd qolu sağalmağa başlamışdısa da, amma işə yapışmağa qüdrəti yox idi. S.M.Qənizadə.
məc. Dəymək, toxunmaq. Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun.
məc. dan. Yapışıb əl çəkməmək, bir an belə aralanmamaq; əl çəkməyərək danışmaq, müraciət etmək, təngə gətirmək. Adama yapışdımı, əl çəkən deyil.
Keçmək, sirayət etmək. Soyuğa öyrənmiş adama azar çətin yapışar.
məc. dan. Bənd olmaq, mane olmaq, ...qoymamaq. Acıq edib gedənə yapışma.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....