Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAPIŞDIRMAQ
f . 1. Yapışqanla və ya başqa yapışdırıcı maddə ilə bir şeyi başqa bir şeylə bitişdirmək. Məktuba marka yapışdırmaq. Divarlara elan yapışdırmaq. Cırılmış səhifələri yapışdırmaq. Taxtaları yapışqanla birbirinə yapışdırmaq. // Qaynaq vermək, qaynaq vasitəsilə bir-birinə bitişdirmək, qaynaq etmək. Boruları bir-birinə yapışdırmaq. Çaydanın lüləyini yerinə yapışdırmaq. // Calamaq. Sözü sözə yapışdırmaq. Sıx yaxınlaşdırmaq, təmas etdirmək. Xavər qolunu uşağının boynuna sarıyaraq qucaqlamış və üzünü üzünə yapışdıraraq fikrə getmişdi. M.İbrahimov.
məc. dan. Vurmaq, ilişdirmək, çəkmək. Çoban canavarın belinə bir çomaq yapışdırdı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla