Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YANINCA
zərf 1. Öz yanı ilə, yanında, özü ilə bərabər. Oğlunu yanınca aparmaq. - Həmin vəkillər yanlarıyca uzun-uzadı ərizələr, siyahılar gətirmişdilər. C.Məmmədquluzadə.
Biri ilə bərabər, yanaşı, bir yerdə, yanı ilə, yan-yana. Yanınca getmək. Yanınca qaçmaq. - Mən aşiqəm narınca; Gül əkdim kənarınca; Sonam sallandı, gəldi; Laçın da bir yanınca. (Bayatı). At çox dincdir. Adamyıxan deyil, [Nurəddin] yavaş-yavaş faytonun yanınca sürər. S.S.Axundov.
...boyu, ...boyunca. Sahil yanınca. Divar yanınca.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....