Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YANILMAQ
f Bir işi düz görməmək, yanlışlığa, səhvə yol vermək, səhv etmək. Adam yanıla-yanıla öyrənər. (Ata. sözü). Oxşatdım, yanıldım, könül verdim mən; Bilmədən vuruldum, ey dan ulduzu. C.Cabbarlı. Yanılmayıramsa o, məzlumluğu sevən, ..səadətini axirətdə arayan dindar, mütəvəkkil bir adam idi. S.Hüseyn. Lakin elə birinci həmlədə düşmən yanıldığını başa düşdü. Ə.Əbülhəsən. // Bir şey və ya adam haqqında yanlış fikirdə olmaq, düzgün təsəvvürü olmamaq. Yoldaşım haqda çox yanılmışammış. - Səməd təsəvvüründə nə qədər yanılmışdı. I.Hüseynov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....