Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YANDIRMAQ
f . 1. Yanmağına səbəb olmaq; alışdırmaq. Lampanı yandırmaq. Kibrit yandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq. - [Xudayar bəy:] Zəhmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə. Əhməd aralıq peçini yandırdı. Mir Cəlal. // Məc. mənada. Ələsgərdi mənim adım; Aləmi yandırar odum. Aşıq Ələsgər.
2. Şiddətli təsir etmək (isti, qızmar, qaynar şey). Çay əlimi yandırdı. - O gün hava çox isti idi. Günəş yandırırdı. A.Şaiq. Muğan günəşi adamı yandırırdı. M.İbrahimov. Qaraltmaq, rəngini tündləşdirmək. Dağ havası adamın üz-gözünü yandırır. - [Ceyranın] açıq hava rəngini bir qədər yandırmış, yanaqlarında təbii bir qırmızılıq görünürdü. S.Hüseyn.
Dalamaq. Gicitkən əllərimi yandırdı.
məc. Mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. [Səlma:] Odumu söndürdün, yandırdın məni; Get, kamə yetirməsin Allah səni! H.Cavid. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam Usta Zeynal idi. Ə.Haqverdiyev.
□□ Atasını yandırmaq - bax ata. Can yandırmaq - bax can.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....