Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YANAR
sif Odpüskürən, alovsaçan, atəşsaçan, odsaçan, odlu. // Alışqan, tezodlanan, tezalışan, tezyanan. Yanar maddələr.
□□ Yanar dağ - 1) vulkan. Vezuvi adlı yanar dağın lavası altında Qerkülazm və Pompey şəhərləri basdırılıb, heç bir əsərləri qalmamışdır. F.Ağazadə; 2) məc. simvolik mənada. Bir parça atəşəm, bir parça yanğın; Qəlbim örpəyidir yanar bir dağın. M.Müşfiq. Yanar oda salmaq - bəlaya salmaq, dərdə salmaq, çox ağır, iztirablı, əziyyətli vəziyyətə salmaq. [Səlimnaz xanım:] Ay sənin qardaşların qırılsın, .. məni yanar oda saldığın yerdə. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....