Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YANAQ
is. Üzün almacıq sümüyündən çənəyə qədər olan qismi. Yanağından öpmək. Qırmızı yanaq. - Yanaq üzrə saçın tavusa bənzər; Ki, seyri cənnətül-məvayə düşmüş. Nəsimi. [Muradın] fikrində gəzib dolaşan Nigar idi. O Nigar ki gülümsərkən yanaqlarında ufacıq çuxurlar əmələ gələr, üzü qızarardı. S.Hüseyn. Narınc bütün bədənindəki qanın yanağına hücum etdiyini hiss elədi. S.Rəhman. □ Yanaqlarından qan damır - sağlam, dolğun, qırmızıyanaq adam haqqında. [Səməd Bayramlı:] Əmioğlu, maşallah, lap kökəlmisən, yanaqlarından qan damır. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....