Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAMAQ
is. 1. Bir şeyin cırıq və ya yırtıq yerini qapayıb örtmək üçün həmin (və ya başqa) materialdan oraya tikilən və ya yapışdırılan qumaş və s. parçası. Yamaq salmaq. - ..Bu gəncin əynində boz rəngə çalan paltar, ayaqlarında bir-iki yerindən yamağı görünən yumşaq gürcü çəkməsi vardı. S.Rəhman. Mürşüd kişi köhnə, qara şal pencəyinin ətəyini yuxarı qaldırıb üst köynəyinin yamağını göstərdi. Ə.Vəliyev.
2. məc. Yamaq kimi görünən, ümumi ahəngi, səliqəni pozan, uymayan, yaraşmayan, yersiz, lüzumsuz əlavə, əlavə edilmiş şey. Məqalənin bu yeri yamaq kimi görünür.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla