Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YALAMAQ

f . 1. Bir şeyin üstünə dilini sürtmək. ..Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. C.Məmmədquluzadə. Bu vaxt sürüdən ayrılmış bir qoyun yeni doğduğu quzunu yalayırdı. M.S.Ordubadi. [Südabənin anası] susub, qurumuş dodaqlarını yaladı. M.İbrahimov. // Dilini bir şeyə sürtüb bulaşdıraraq udmaq və ya içmək. Balı yalamaq. Boşqabdakı mürəbbəni yalamaq.
2. məc. Üzdən dəyib keçmək, azacıq toxunmaq. ..Qırmızı alov isə dilini çıxarıb yanyörəni yalayırdı. S.Rəhimov. Güllə onun başını yalayıb keçmişdi. R.Rza.
□□ Düz kimi yalamaq - bax duz.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....