Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAXŞILIQ
is. İnsanın müsbət mənəvi keyfiyyəti, sifəti (pislik, yamanlıq ziddi). Yaxşılığa yaxşılıq hər kişinin işidir; Yamanlığa yaxşılıq ər kişinin işidir. (Ata. sözü). Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib, heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmıyaq.. C.Məmmədquluzadə. Yamanlıq, yaxşılıq durmuş üz-üzə; Dilsiz əsrlərdən mirasdır bizə. S.Vurğun. // Yaxşı, müsbət iş. hərəkət; xeyirxahlıq, qeydkeşlik, kömək. Adamlara yaxşılıq etmək. - Mənim yaxşılığımın əvəzində məni dünya işığına həsrət qoydun. “Koroğlu” . Yamanlıq eyləmə bir şəxsə, yaxşılıq var ikən. S.Ə.Şirvani. [Mirzə:] Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında yaxşılıq indi də mənim yadımdan çıxmır. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....