Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAXINLAŞDIRMAQ
f 1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq. - Arxitektor kreslosunu stola yaxınlaşdırdı. M.İbrahimov. // Aralarında daha sıx əlaqə və münasibət yaratmaq. Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq.
məc. Aralarındakı ünsiyyəti daha da artırmaq, aralarında dostluq, yaxınlıq münasibəti yaratmaq. Zəhmət onları bir-birinə yaxınlaşdırdı. - Sanki bu təkrarlar [Ağca xanımı] oğluna - əllərini köksündə çataqlayıb yatan zəif, yetim və xəstə uşağa yaxınlaşdırırdı. Mir Cəlal. Zaman etibarilə tezləşdirmək.
Oxşatmaq, bənzətmək, uyğunlaşdırmaq. Malı ən yaxşı nümunələrə yaxınlaşdırmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla