Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAXALAMAQ1
f 1. Yaxasından tutmaq, boğazından yapışmaq. Cəllad Qəməri yaxalayanda vəzir, vəkil və bütün əhli-məclis padşahın ayağına düşüb dedilər: - Şah, qəzəbini söndür! (Nağıl). Biz ayı vurulan yerə yetişəryetişməz itlər ayını yaxaladı. A.Şaiq.
Tutmaq, ələ keçirmək, həbs etmək. Oğruları yaxaladılar. - Sərdar Rəşidin evindəkilərin hamısını yatdığı yerində yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. S.Ordubadi.
Tapmaq, haqlamaq, tutmaq (gedən yerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir iş görərkən). Mehriban mütərəddid idi. Bir istəyirdi ki, Zeynalın ardınca gedib onu Yelizavetanın evində yaxalasın. S.Hüseyn. // məc. Gəlib yetişmək, başının üstünü almaq. Əcəl onu yaxaladı. - [Abbas:] Məmiş, mən altmışı yaxalamışam. M.Hüseyn. // məc. Rast olmaq, rast gəlmək, tuş gəlmək. Tərs kimi güllə həmişə elə qorxağı yaxalayır. M.Hüseyn. Külək [Giləni] eyvanda yaxaladı. Ə.Vəliyev. Bir dəfə çobanı çöldə yağış yaxalayır. Ə.Sadıq. // Məc. mənada. Adamlar Kür çayını elə buradaca yaxalamaq, cilovlamaq qərarına gəlmişlər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....