Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAXA
is. 1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa. - Mina kəmər xub yaraşır belinə; Yaxası qızıldan düymələnibdir. Aşıq Ələsgər. Məsum kişi arxalığının yaxasını düymələyə-düymələyə içəri girdi. Mir Cəlal.
Bax yaxalıq. Əlləzoğlu qrafini götürüb yaxasını, dizlərini islada-islada su içdi. İ.Hüseynov.
Sahil, kənar, tərəf. Paris küçəsində, Nil yaxasında; Yenə al bayraqlı izdihamlar var. S.Vurğun. Səs verildi üsyana; Qarşıdakı yaxadan, xəbər gəldi, baxsana; O yanki fabrikadan. Ə.Cavad.
□□ Yaxa açmaq - 1) ölü üçün ağlamaq, yas saxlamaq. [Xortdan:] Üç gün yaxa açıb təziyədar olur. Ə.Haqverdiyev; 2) qarğımaq, qarğış etmək. Yaxa ələ vermək - bax yaxasını ələ vermək. Yaxa ələ verməmək - bax yaxasını ələ verməmək. Yaxa qurtara bilməmək - xilas ola bilməmək, canını qurtara bilməmək. Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə, qadınların bu dediqodusundan, qaş-gözündən yaxa qurtara bilməmişdilər. C.Cabbarlı. Yaxa qurtarmaq bax yaxasını qurtarmaq. [Kərəmov özözünə:] Xeyr a!.. Bundan yaxa qurtarmaq çətin olacaq. S.Rəhman. Yaxa yırtmaq 1) başqası üçün çalışmaq, başqasını haqlıhaqsız müdafiə etmək. Dost yolunda yaxa yırtdım, baş açdım; Gecə-gündüz dadü bidad eylədim. (Qoşma); 2) ağlamaq, fəğan etmək. Yar odur ki, yardan sonra yar üçün; Zülf dağıda, yaxa yırta, yara üz. Qurbani. Bizim üçün bəzmü bəratyazanlar; Eşq əlindən yaxa yırtıb ağlaram. Aşıq Mənzur. Yaxası əldə qalmaq - üzərində məsuliyyət qalmaq, məsuliyyətdən qurtara bilməmək. Yaxası ələ keçmək - tutulmaq, girə keçmək, yaxalanmaq. Tülək tərlan kimi havada süzən; Sonra yaxan keçər ələ, pəhləvan! “Koroğlu” . Yaxası(nı) qurtarmaq - canı(nı) qurtarmaq, xilas olmaq, qurtulmaq. Yaxası yaxşı qurtardı. - Nə qədər çalışdımsa, onun əlindən yaxamı qurtara bilmədim. M.Hüseyn. Yaxasına keçmək - yaxasından yapışmaq, tutub buraxmamaq. Keçib yaxanıza ölümün əli; Hazırdır fələkin qanlı çəngəli! H.K.Sanılı. Yaxasından əl götürmək (əl çəkmək) - rahat buraxmaq, əl çəkmək, dəyib-toxunmamaq, daha işi olmamaq. [Şamama Cadu:] A gədə, itil cəhənnəmə, yaxamdan əl götür. Ə.Haqverdiyev. [Məmmədhəsən əmi arvadına] Arvad, Allah xatirinə, əl çək mənim yaxamdan. C.Məmmədquluzadə. Yaxasından yapışmaq - 1) yaxalamaq, yapışmaq, tutub buraxmamaq, əl çəkməmək. ..Nə səbəbə avropalılar öz əməllərini kənarda qoyub, bizim yaxamızdan yapışıblar? C.Məmmədquluzadə. [Oğlan] gözləyirdi ki, bu saat yaxamdan yapışacaq, kim bilir, nə çətin sual verəcək! Mir Cəlal; 2) məsuliyyətə çəkmək, cavab istəmək. Bu qaydanı mən qoymamışam, dəvədən böyükfil var, gedin, onun yaxasından yapışın. “Kirpi” . // Yaxasından tutmaq - 1) bax yaxasından yapışmaq; 2) inadla tələb etmək, bir işdən yapışıb əl çəkməmək. [İndiki şairlər] bir şeyin yaxasını tutub yüz cürə əlfaz və ibarə və istiarələr yolu ilə onu tərif və tövsif etməyə sərfi-hümmət qılırlar. F.Köçərli. [Əli əmniyyəbaşı mübaşir Məmmədə:] Nə tutmusan abconun yaxasından. Konyak da var, Şiraz şərabı da! M.İbrahimov. Yaxasını buraxmaq - bax yaxasından əl çəkmək. [Rauf Şeydaya:] Kağız ələ keçərsə, pək fəna... Həm də Məcid əfəndi əsla yaxanı buraxmaz. H.Cavid. Yaxasını ələ vermək - 1) özünü ələ vermək, tutulmasına, yaxalanmasma imkan vermək, yaxalanmaq, tutulmaq, ehtiyatsızlıq göstərmək; 2) məc. birinin tələbləri, xahişi qarşısında yumşaqlıq göstərmək, zəiflik göstərmək, qarşı dura bilməmək, təsir altına düşmək. Yaxasını ələ verməmək özünü ələ verməmək, qaçmaq, yaxın durmamaq, yayınmaq. Yaxasını qırağa (kənara) çəkmək - bir işə qarışmamaq, məsuliyyətdən qaçmaq, özünü kənara çəkmək, boyun qaçırmaq, imtina etmək. Camalın anası əlayağını yığışdırıb Cənnət kişigilə elçiliyə getdi. Cənnət kişi yaxasını kənara çəkdi. S.Rəhimov. Tahir açıq cavabdan yenə yaxasını kənara çəkdi.. M.Hüseyn. Yaxasını qurtarmaq qurtarmaq, canını qurtarmaq. Öylə afətdən yaxasın qurtaran olmazmı şad? Füzuli. [Zeynal] istəyirdi ki, yaxasını uşaqlardan qurtarıb onları analarına versin. S.Hüseyn. Yaxasını tanımaq - dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək. Dərd, qara gün yaxasını tanıyan; Biri mənəm, bir də varmı, biləydim. Molla Cümə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....