Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAĞLANMAQ
f . 1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək. Maşınlar yağlanır salınır, işə. M.Rahim. Yağa batmaq, yağlı olmaq; kirlənmək. Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.
məc. dan. Kökəlmək, ətlənmək, piylənmək. Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi. Ə.Vəliyev.
məc. dan. Pullanmaq; pullu, varlı olmaq.
□□ Gün yağlanmaq məh. - Günəşin ən isti
vaxtı haqqında. [Ələmdar:] Mən axşamdan dükanın qabağında, o yastı daşın üstündə öz cırıq çuxama bürünüb yatmışam, bir də gün yağlananda ayılmışam. S.Rəhimov. Gün getdikcə yağlanır, qoyun kürnəc bağlayır, köç dəhmərlənib gedirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....