Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

YAĞIŞ

is. Xırda su damlaları şəklində atmosfer yağıntısı; yağmur. Güclü yağış. Yağış yağmaq. Yağış ara vermir. - Yağışın rütubəti səqfin uçan yerindən çəkilməmişdi. C.Məmmədquluzadə. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Səlim .. yağışa düşmüş bir şəhərliyə bələdçilik etdiyini danışdı. Mir Cəlal.
□□ Yağış kimi - bolluq, çoxluq bildirir. Tökdü yağış kimi gözündən yaşı; On yeddiyə təzə çatırdı yaşı. H.K.Sanılı. Yağışdan çıxıb yağmura düşmək məc. - bir çətin vəziyyətdən və ya hadisədən qurtarıb daha çətin vəziyyətə düşmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....