Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YAĞDIRMAQ
icb. 1. Yağmağa, tökülməyə məcbur etmək. Süni yağış yağdırmaq üçün qurğular. Xəzri qar yağdırdı. - Hər dəfə müsəlmanların müsəllaya çıxmaqları ilə Allah yağış yağdırsa, dəxi bundan sonra bir kəs dəli deyil ki, arx çıxartsın, kəhriz vurdursun. Məmmədquluzadə.
2. Külli miqdarda hər tərəfdən, aravermədən atmaq, tökmək, səpmək, saçmaq. Güllə yağdırmaq. - Cəfa oxun mənə yağdırman, ancaq ey əflak; Demən ki, yeddi kəmandarə bir nişanə yetər. Füzuli. // Saçmaq. Günəş göyün bir qatından od yağdırırdı. M.Hüseyn. // Qoşulduğu sözün ifadə etdiyi şeyin çoxluğunu, bolluğunu bildirir. Suallar yağdırmaq. - Şəmsiyyə uzun danışdı, şikayətləndi və Pəhləviyə qarğış yağdırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla