Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YADİGAR
is. [fars.] 1. Xatirə olaraq verilən, saxlanılan, yaxud qalan şey. Bu kitab sənə bizdən yadigar olsun. - Vaqifin və Vidadinin .. əşar və əbyatları .. gələcək nəsil üçün böyük yadigar məqamındadır. F.Köçərli. [Dul qadın:] [Oğluma] atadan yadigar olaraq bir bazubənd qalmışdı, qoluna bağlamışam. Çəmənzəminli. Babalarımız burada yaşamış, burada ömür sürmüşlər. Bu yurd onlardan bizə yadigar qalmışdır. Ə.Məmmədxanlı. // Hər hansı bir hadisəni, işi, adamı və s.-ni xatırladacaq, yaxud yada salmaq üçün vasitə olacaq şey. Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev. İndi haman pələng dərisi məndədir. Atamızdan yadigar olduğu üçün saxlayıram. A.Şaiq.
2. məc. Qalıq, nümunə. Keçmiş dövrlərin yadigarı. - Məşədi Əhməd tamamilə əski həyatın bir yadigarı idi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....