Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
YABA
is. Ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq, habelə başqa işlər üçün uzun saplı, iki və yaxud daha da artıq dişi olan kənd təsərrüfat aləti. Dəmir yaba. - Bostana girən porsuq yabanı qəbul eylər. (Ata. sözü). [Bəxtiyar] ..özünə bir yaba da ala biləcəkdi. S.Hüseyn. Qızların, oğlanların, qoca və qadınların .. əlindəki dəyənəklər, taxta qırıqları, yabalar, bellər işə düşdü. M.Hüseyn. // Rəqəmlərlə - yabanın götürə biləcəyi miqdarı bildirir. İki yaba ot. - Yeganə giriş yoluna [Əlləzoğlu] qəsdən su buraxıb, bir yaba tikan qoyubmuş ki, cuvar adlaya bilməsin. I.Hüseynov.
□□ Yaba ilə dovğa içmək - faydası, səmərəsi olmayan işlə məşğul olmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....