Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VÜQAR
is. [ər.] Öz heysiyyətini, mənliyini yüksək tutma, mühafizə etmə; təmkin, ağırlıq, ciddiyyət, başıucalıq. Qartalgözlü Əmirxanın baxışlarında; Bir kişilik, bir də vüqar oxuyur gəlin. S.Vurğun. [Qəhrəman:] Onlar nə qədər həyəcanlı olsalar da, özlərini yaxşı saxlayır və vüqar göstərirdilər. H.Nəzərli. // məc. Əzəmət, böyüklük. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Bir vüqar duyaraq onun səsində; Yer-göy alqışladı bu qəhrəmanı. M.Rahim. Bu heykəlin vüqarı bölüyə aşkar olduqca, qəribə təsir edirdi. Ə.Əbülhəsən.
vüqarla zərf Əzəmətlə, başını dik tutaraq, təmkinlə. Bir qaya başına qartal qonaraq; Dayanmış yenə də sakit vüqarla! S.Vurğun. Rüstəm .. bir dilək üçün heç kəsin qabağında qəddini əymir, vüqarla öz əlinə baxırdı. S.Rəhimov. // məc. İftixarla. Dünya gözəlləşir, dəyişir aləm; Ömür yollarını vüqarla keçdim. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....