Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VURULMAQ1
məch. 1. Zərbə endirilmək. Ağac ilə vurulmaq. // Döyülmək, kötəklənmək.
Çalınmaq, qaxılmaq, soxulmaq. Paya vurulmaq. Taxtaya iki mıx vurulmuşdur.
Güllə ilə vurulub öldürülmək. Ovda ikicə quş vuruldu. - Üzvlərdən Hacı Mirzə Həsən vuruldu. M.S.Ordubadi. Kəndxuda çox qorxaq adamdı. Uryadnikin vurulmağı onu büsbütün haldan çıxarmışdı. M.Hüseyn. // Güllə ilə və ya başqa bir şeylə vurulub yaralanmaq. Ceyran ayağından vurulmuşdur.
Dayadılmaq, qoyulmaq, dirədilmək. Dəstək vurulmaq. Dayaq vurulmaq.
Taxılmaq, keçirilmək, bağlanmaq. Cidar vurulmaq. Buxov vurulmaq. Sərrast atılaraq toxundurulmaq, dəydirilmək. Hədəf vurulmuşdur. // Güllə və s. ilə zədələnmək. Vurulan təyyarə qudurmuş it kimi ulaya-ulaya yerə getdi. Ə.Vəliyev.
Yüklənmək, yığılmaq, qoyulmaq, doldurulmaq. Vaqonlara yük vurulub qurtardı. Maşına iki ton yük vurulmuşdur. Anbarlara on tonlarla buğda vurulub.
Taqqıldadılmaq, döyülmək. Səhər çay içərkən qapı vuruldu. M.S.Ordubadi.
Çalınmaq, eşidilmək. Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Çəmənzəminli. Üçüncü zəng vurulurdu. Camaat tamaşa zalına axışdı. S.Rəhman.
Sürtülmək, çəkilmək, yaxılmaq. Qapıya təzə rəng vurulmalıdır.
Yapışdırılmaq, asılmaq, bənd edilmək. Divarlara elan vurulmuşdur. - Kinoların qabağına nümayiş etdirilən filmlərin şəkilləri vurulmuşdu. M.Ibrahimov. Qəhvəyi telefon qutusu Miçurinin portretinin düz altından divara vurulmuşdu. M.Hüseyn. riyaz. Artırılmaq, zərb edilmək. İki beşə neçə dəfə vurulmuşdur? İyirmi ikiyə vurulanda qırx alınır.
Calanmaq, aşılanmaq. Calaq vurulmaq. Qələm vurulmaq. Aşı vurulmaq.
Kəsilmək, kəsilib gödəldilmək, qısaldılmaq. Paltonun ətəkləri bir qədər vurulmalıdır.
Cihaz və s. vasitəsilə yeridilmək (maye, hava, qaz və s.). Balona hava vurulmaq. Nasosla su vurulmaq. İynə vurulmaq.
dan. Bir vahid əsas götürülərək hesablanmaq. [Soltan:] Hədiyyələri hesabladım. Qızıla vurulsa, beş yüz min dinar qiyməti var. M.Hüseyn.
Bir sıra isimlərin yanma gətirilərək ismin ifadə etdiyi məna ilə əlaqədar mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: yamaq vurulmaq (yamaqlanmaq), nal vurulmaq (nallanmaq), əl vurulmaq (toxunulmaq).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....