Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VULKAN1
[lat.] Təpəsindəki deşikdən od, qaz püskürən konusşəkilli dağ; yanar dağ. Palçıq vulkanı. Sönmüş vulkan. - Vulkan hadisələri dedikdə, biz yerin dərin qatlarından yanar odlu maddənin (maqmanın) yer səthinə çıxmasını nəzərdə tuturuq. M.Qaşqay. // məc. Obrazlı təşbehlərdə. Xilas et bu darğın qəlbi möhnətdən; Başımda sevdanın vulkanı yanar. S.Vurğun. [Afət:] Ürək od püskürən coşqun vulkandır; Vüsala irməyib xeyli zamandır. M.Rahim. Ürəyində vulkan kimi nifrət coşan Gülara hara getdiyini, bu axşam harada qalacağını bilmirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....