Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VİTRİN
[fr.] Malları və ya müxtəlif şeyləri nümayiş etdirmək üçün mağaza pəncərəsinin dalında sərgi yeri, yaxud şüşə ilə örtülü şkaf, yeşik və s. Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanların xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn. ..Məktəblilər vitrinlərin qabağında dayanıb baxır, kitabların üstünü oxuyur, bir-birinə göstərirdilər. Mir Cəlal. Böyük dükanların vitrinləri, divarlar, hasarlar afişa, elan və reklamlarla dolu idi. S.Rəhman.
vitse... [lat.] Mürəkkəb sözlərin əvvəlində: müavin, köməkçi mənasında olan hissəcik; məs.: vitse-prezident, vitse-konsul. İrəvanda da, deyirlər, vitse-konsulun köməkçisi biletin birinə düşəndə on manat alır. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....