Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VİRD
is. [ər.] Dindarların bir savab iş kimi tez-tez söylədikləri, təkrar etdikləri dini kəlam, söz, ifadə. Gər vəfa qıl bu Xətayi bəndənə, ya qılma, kim; Ruzü şəb verdim sənə zikrü duadır, bilmiş ol. Xətayi. Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyalı dövlətdir. S.Ə.Şirvani. Aç dilini, yum gözünü, zahida; Vird oxu, heç anlama mənasını. M.Ə.Sabir. □ Vird etmək (eləmək) - bir söz və ya kəlməni tez-tez təkrar etmək, daim söyləmək, dilinin əzbəri etmək. Məşədi Hacı əlində təsbeh dodaqları dua vird edir. C.Məmmədquluzadə. Canamaz üstündə kəsilmiş taqəti; Vird etmək adəti. M.Müşfıq. Bu sözləri Səfər vird eləmişdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....