Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VİRAN
sif. [fars.] Uçuq, yıxıq, dağılmış; viranə qalmış; bərbad. Viran şəhər. Viran ev. Viran ölkə. - Açdı mənə dərdli ağac; Viran bağın məlalını. M.Rahim. □ Viran qalsın (olsun)! - dağılsın! məhv olsun! (qarğış). Zülm əliylə məni yada verirlər; Viran qalsın belə zamana, - dedi. Aşıq Ələsgər. Viran qoymaq - dağıtmaq, uçurtmaq, bərbad hala qoymaq, xarabazara döndərmək. Zamanzaman bir div kimi köksümüzə çökdü onlar; Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. M.Müşfiq. Viran etmək - 1) dağıtmaq, uçurtmaq, yıxmaq, alt-üst etmək, bərbad bir hala salmaq, pozmaq, korlamaq. Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi. C.Məmmədquluzadə; 2) məc. mənada. Dilbəra, dərdidilimdən belə ünvan etdim; Ki, qəmi-hicrdə dil mülkünü viran etdim. Natəvan. Məcnun oldum, düşdüm çölə; Könlümü viran elədin. Aşıq Əsəd. Viran olmaq (qalmaq) - dağılmaq, uçulmaq, bərbad olmaq, xarabalığa dönmək. Tamam aləm viran olsa, qəmim yox; Tək canan mənimlə ittifaq olsun. Q.Zakir. // məc. klas. Kədərli, məhzun, təsəllisiz. Vaqifəm, olmuşam zülfə giriftar; Könlüm viran, halım xarab, günüm zar. M.P.Vaqif.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....