Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

VİNT

[rus.] 1. Burğulu mıx, burğu şəklində olan mıx. Vintlə bərkitmək. Vinti boşaltmaq. // dan. Ümumiyyətlə, yivli şeylər: şurup, bolt və s. [Məmməd:] Bir kranı və ya vinti burmaqda kompressorların və ya motorların işini nizama salırlar. C.Cabbarlı.
2. Gəmi, yaxud təyyarəni hərəkətə gətirən mexanizmin fırlanan vala bənd edilmiş burğu şəkilli hissəsi; pər, pərvanə.
□□ (Bir) vinti çatmır dan. - gic, ağlı çatışmayan adam haqqında. Vintini burmaq dan. - 1) işə salmaq. [Səfər bəy:] Yaxşı! Yaxşı! Axund, bu Qənbərqulu maşın kimi bir şeydir, bir kərə ki, vintini burdun, .. danışacaq. B.Talıblı; 2) bir az çəkmək, yığışdırmaq, qabağını almaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....