Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VİDALAŞMAQ
f . Görüşüb bir-birindən (həmişəlik, ya müvəqqəti) ayrılmaq; xudahafizləşmək, sağollaşmaq. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. ikinci zəng vurulduqda miniklər vaqonlara minməyə başladılar. Vidalaşmaq zamanı yetişdi. B.Talıblı. Tez ol, sevgilim, tez ol gəl, artıq vidalaşaq. Ə.Cəmil. 0 Həyatla vidalaşmaq - ölmək. Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....