Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VƏTƏN
is. [ər.] 1. Bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət; doğma yurd, Ana yurd. Vətəni müdafiə etmək. // Bir adamın doğulduğu yer. Şairin vətəni. Nizaminin vətəni Gəncədir. - Səndən ötən mənə dəydi; Məndən ötən sənə dəydi; Məndən, səndən ötən zərbə; Vətən, vətən, sənə dəydi... M.Araz.
2. məc. Bir şeyin törədiyi, meydana gəldiyi yer. Azərbaycan balaca olsa da, böyük ədiblərin, dahi şairlərin vətənidir. M.Hüseyn.
□□ Vətən övladı - xalq, millət, vətəndaşlar. Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Gözəlləşir günü-gündən həyatı xalqımızın; Həmişəlik vətən övladı bəxtiyar olacaq! Ə.Vahid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....