Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

VƏSSƏLAM

[ər.] Sözün qısası, məsələ bitdi, iş qurtardı, bu qədər. Bəli, sözümüz oradadır ki, pişik ilə arvadın çarəsi məhz dağarcıqdır. Sözünə baxmadılar, - qat dağarcığa, ağzını bağla, vəssəlam! C.Məmmədquluzadə. [Duma:] Bir atışma başlandı. Əsəd bəyə güllə dəydi, yaralandı, vəssəlam!.. C.Cabbarlı. [Ülfət:] Nə olsun, - demişdi, - qız xoşuna gəlib, vəssəlam! Mir Cəlal. // Eyni mənada canlı dildə bəzən vəssəlam, şüd tamam şəklində işlənir. [Səfər bəy:] Mənim adım bəydir, vəssəlam, şüd tamam! Daha artıq danışma. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....