Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VƏSİLƏ
is. [ər.] 1. Vasitə, yol, üsul. Öz ixlas və hüsni-xidmətini [hər kəs] bu mətləbin təhsilinə vəsilə bilsin. M.F.Axundzadə. [Mirzə Məhəmmədqulu:] .. Bu vəsilə ilə sizləri bəlkə qaranlıq aləmindən çıxarda. Məmmədquluzadə.
Vəsait. [Molla Qurban:] Arvad-uşağı ac saxlamaq olmaz, gərək əldə bir vəsilə olsun. Ə.Haqverdiyev.
Səbəb, bəhanə. Bu keyfiyyət onun üçün çox yaxşı bir vəsilə göründü ki, onun və sair münəccimlərin guri-pədərini yandırsın. M.F.Axundzadə. Naümid bir ricət, bir vəsileyi-qəhr daha çıxdı. M.Ə.Sabir. Bu atmacalar generalın danışması üçün bir vəsilə oldu. Ə.Əbülhəsən. // Fürsət. Vəsilə axtarmaq. -Şərh edəsən ona qəmi-dilimi; Bir vəsilə sala Tanrı, görəsən. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....