Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VƏRƏQƏ
is. 1. Kiçik vərəq; vərəq. Sual vərəqəsi. Anket vərəqəsi.
2. Üzərində mühüm siyasi xəbərlər və s. çap olunmuş kiçik kağız vərəqi. [Müsafir:] Sən məndən sonra söylədiklərini anlatmalısan. Tapşırdıqlarımı unutma! Al, sənə lazım olan kitabları və vərəqələri də verim. Nəzərli. Mirbalayev vərəqəni alıb şam işığında gözdən keçirdi. M.Hüseyn. // Üzərində işin gedişi və s. haqqında məlumat yazılmış kağız. Cəlilzadə yavaş-yavaş məktəblərin şəbəkəsini göstərən xüsusi enli vərəqəni çıxarıb, stolun üstünə sərdi. S.Rəhimov.
□□ Vərəqəsini bükmək - tərk etmək, bir daha məşğul olmamaq, nəhayət vermək. [Kazım:] Yox, bir söz demir.. Ancaq deyir ki, Səfər qaçaqlığın vərəqəsini büksün, kasıblığa qurşansın. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....